Reklam resmi
Reklam resmi

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
Dünya

Avropa İttifaqı Rusiyaya qarşı əlavə məhdudiyyətlər tətbiq edərək, Aİ üzv dövlətlərinin ərazisində yerləşən hədəflərə qarşı kiberhücumlar həyata keçirdiklərinə görə doqquz şəxsə və dörd təşkilata sanksiyalar tətbiq edib.

Ajans.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalasın mətbuat xidməti tərəfindən yayılan bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, Rusiya Federal Təhlükəsizlik Xidməti "illərdir ki, geniş spektrli zərərli kiber fəaliyyətlər həyata keçirir və bu fəaliyyətlər Aİ-yə, onun üzv dövlətlərinə, eləcə də beynəlxalq tərəfdaşlara, xüsusən də Ukraynaya təsir göstərir".

"Bu əməliyyatlar dövlət şəbəkələrinə sızma və vacib infrastruktura qarşı təxribatları əhatə edirdi. Hədəflər arasında Fransa, Almaniya, Polşa, Kipr, Hollandiya, Avstriya, Slovakiya, Rumıniya və Finlandiya da var idi" - bildirilib.

Mövzular:
Avropa İttifaqı rusiya sanksiya məhdudiyyət

Digər Xəbərlər