Reklam resmi
Reklam resmi

Fransada prezident seçkilərinin favoriti bəlli oldu

Fransada prezident seçkilərinin favoriti bəlli oldu
Dünya

Fransada prezident seçkiləri bu bazar günü keçirilsəydi, sağçı Milli Birlik (Rassemblement National) partiyasının namizədi Marin Le Pen birinci turda ən çox səs toplayaraq lider olardı.

Ajans.az xəbər veirr ki, bu barədə BFMTV telekanalı müstəqil OpinionWay sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Sorğunun nəticələrinə əsasən, Le Pen birinci turda 34–36 faiz səs toplayaraq rəqiblərini əhəmiyyətli fərqlə qabaqlayır.

OpinionWay-ın sədr müavini Bruno Jeanbardın sözlərinə görə, Le Penin Avropa Parlamentinin köməkçiləri ilə bağlı iş üzrə məhkum edilməsinin onun reytinqinə mənfi təsiri olmayıb. Əksinə, prezidentliyə namizədliyini rəsmən elan etməsi seçicilər arasında dəstəyini artırıb.

Sorğuya görə, ikinci yer uğrunda əsas mübarizə keçmiş baş nazir, Horizons Partiyasının lideri Eduard Filipp, hazırkı siyasi xadim Qabriel Attal və solçu siyasətçi Jan-Lük Melanşon arasında gedir.

Nəticələr göstərir ki, Eduard Filipp mərkəzçi düşərgənin yeganə namizədi olacağı təqdirdə təxminən 22 faiz səs toplayaraq ikinci tura yüksələ bilər. Əgər həm Filipp, həm də Attal namizəd olsalar, Filipp 18 faiz, Attal isə 7 faiz səs toplayacaq. Attal mərkəzin yeganə namizədi olarsa, 16 faiz səslə ikinci tura çıxmaq şansı əldə edəcək.

Sorğu həmçinin göstərir ki, Jan-Lük Melanşonun 13–15 faiz arasında dəyişən reytinqi onun ikinci tura yüksəlməsi üçün kifayət etmir.

Qeyd edək ki, Fransa hökumətinin açıqladığı təqvimə əsasən, 2027-ci il prezident seçkilərinin birinci turu 18 aprel, ikinci turu isə 2 may tarixində keçiriləcək. Seçkilər Prezident Emmanuel Makronun ikinci səlahiyyət müddətinin 

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa prezident seçkiləri

Digər Xəbərlər