Reklam resmi
Reklam resmi

Həvəsləndirmə mükafatları müsabiqəsi qaliblərinə hədiyyələr verildi

Həvəsləndirmə mükafatları müsabiqəsi qaliblərinə hədiyyələr verildi
Cəmiyyət

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti maarifləndirmə görüşü Şəki şəhərində keçirilib.

Ajans.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində təşkil olunan növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinin qaliblərinin aktivlərlə təminatına başlanıb.

 

Artıq Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki-Zaqatala iqtisadi zonaları üzrə 50-dək şəxsə qurduqları kiçik bizneslərini genişləndirmələrinə dəstək məqsədilə əlavə avadanlıqlar verilib.

 

Təqdim olunan aktivlər poliqrafiya, kiçik dərzi sexi, kiçik dülgər sexi, PVC qapı və pəncərə istehsalı, un məmulatları istehsalı, broyler inkubatoru, ayaqqabı təmiri və digər fəaliyyət istiqamətlərini əhatə edir.

 

"Həvəsləndirmə mükafatları" müsabiqəsi özünüməşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

 

Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Aktivlərin təqdimatı mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə daha 190 nəfər əmlaklarla təmin ediləcək.

 

Bununla yanaşı, MDL çərçivəsində maarifləndirmə görüşləri də keçirilir. Bu qəbildən olan növbəti tədbir Şəki şəhərində təşkil olunub. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi, həmçinin MDL-in əməkdaşları və 100-dən artıq benefisiarın iştirak etdiyi tədbirdə layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri, eləcə də layihəyə cəlb olunan şəxslər üçün nəzərdə tutulan dəstək tədbirləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Mövzular:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsi

Digər Xəbərlər