Bu işlərdən uzaq durun- Bu gün üçün XƏBƏRDARLIQ
10 iyul üçün gündəlik bürclər proqnozu.
Ajans.az günün ulduz falını təqdim edir:
Qoç: Böyük işlərə imza atmaq və ağıllı risklər etmək üçün əlverişli gündür. Maddi durumunuz imkan verirsə, uzaq səfərlər planlaşdıra bilərsiniz. Qidalanmanıza diqqət yetirin.
Buğa: Gün bir qədər sakit və darıxdırıcı keçə bilər, lakin tənhalığa qapılmayın. Maliyyə məsələləri ilə məşğul olmaq üçün münasib zamandır. İnsanlarla ünsiyyətdən çəkinməyin.
Əkizlər: Gün ərzində bəzi çətinliklər olsa da, ciddi problemlə qarşılaşmayacaqsınız. Nahardan sonra sizi xoş sürprizlər gözləyir. Uzaq yola çıxmaq üçün uyğun gün deyil.
Xərçəng: Məsələlərə təkbaşına müdaxilə etməməyə çalışın. İdeyalarınızı reallaşdırmaq üçün tərəfdaşlarınızla əməkdaşlığı gücləndirin. Komanda işi sizi qələbəyə aparacaq.
Şir: Emosional reaksiyalara ara verib, konkret və vacib işlərlə məşğul olun. Günün ikinci yarısını dostlarınız və ya ailənizlə gəzintiyə, əyləncəyə həsr etmək ovqatınızı yüksəldəcək.
Qız: Hər mənada uğurlu bir gün sizi gözləyir. Şəxsi işlərinizdə və münasibətlərinizdə tarazlıq xeyrinizə olacaq. Büdcənizdə artımlar müşahidə oluna bilər.
Tərəzi: Daxilən bir qədər sıxıntılı hiss edə bilərsiniz. Səbəbsiz narahatlıqlara çox fikir verməyin. Maliyyə baxımından gözlənilməz qazanc ehtimalı var.
Əqrəb: Sizi narahat edən məsələləri həll etmək üçün danışıqlara başlamaq vaxtıdır. Bu gün atacağınız addımlar həftənin sonuna doğru uğur gətirə bilər. Yeni xəbərlər almağınız mümkündür.
Oxatan: Saat 14:00-a qədər riskli və qeyri-ənənəvi işlərdən uzaq durun. Günün ikinci yarısında işgüzar aktivliyiniz artacaq. Bəxtinizdə pul qazancı görünür.
Oğlaq: Qərarlarınız qarşıdakı hadisələrin gedişatına birbaşa təsir edəcək, ona görə də hər şeyi yaxşı götür-qoy edin. Etibar etdiyiniz insanların sözlərinə qarşı diqqətli olun. Səfərlər uğurlu keçəcək.
Dolça: Həlledici məqamlarda yanıltmamaq üçün hər şeyi əvvəlcədən dəyərləndirin. Yersiz risklərdən qaçın və hər deyilənə asanlıqla inanmayın. Sadəlövhlük sizə zərər verə bilər.
Balıqlar: Daxili narahatlığınız tədricən azalır. Sevdiyiniz insanların yanında olmaq sizə nikbinlik bəxş edəcək. Ünsiyyətdə kobudluqdan və şit zarafatlardan uzaq durmağınız məsləhətdir.