Reklam resmi
Reklam resmi

Uşaqlarına aliment ödəməyən QADINDAN ŞİKAYƏT

Uşaqlarına aliment ödəməyən QADINDAN ŞİKAYƏT
Cəmiyyət

Beş il əvvəl həyat yoldaşından ayrılan qadın keçmiş ərində qalan uşaqlarına aliment ödəmir. Belə bir iddia ilə Goranboyun Qaradağlı kəndində yaşayan Şəfiqə İbrahimova çıxış edib.

Ajans.az xəbər verir ki, qadın iddia edib ki, Samux rayon sakini olan kiçik gəlini Günel Abdullayeva ilə oğlunun nikahı 2021-ci ildə pozulub. Məhkəmənin qərarı ilə 7 yaşlı oğlan və 4 yaşlı qız atanın himayəsinə verilib. Onlara ananın ödməli olduğu müəyyən məbləğdə aliment kəsilib. Amma bu illər ərzində ana nə uşaqlarını görməyə gəlib, nə də alimenti ödəyib.

Goranboy sakini Şəfiqə İbrahimova bildirir ki, ötən illər ərzində yığılıb qalan aliment 15 min manatı keçib. Gəlini hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır.

Mövzular:
aliment boşanma qadın

Digər Xəbərlər