Reklam resmi
Reklam resmi

Bu küçələr TƏMİRƏ BAĞLANIR

Bu küçələr TƏMİRƏ BAĞLANIR
Cəmiyyət

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində paytaxt ərazisində təmir işləri davam etdirilir.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, aparılan kompleks və təxirəsalınmaz tədbirlər nəticəsində artıq Abbasqulu ağa Bakıxanov (R.Behbudov - C. Hacıbəyli küçələri arası) və Xan Şuşinski (A.Bakıxanov küçəsi - Vaqif prospekti arası) küçələrində təmir işləri icra olunaraq yekunlaşdırılıb.

Qeyd olunub ki, paytaxt ərazisində daha dörd yol sahəsində isə təmir işləri davam etdirilir:

1. Qara Qarayev prospektinin yan yolu (Naxçıvanski - B.Nuriyev - R.Rüstəmov küçələri arası)

2. Hüseyn Cavid prospekti (Ə.Haqverdiyev - Landau və S.Dağlı - M.Müşfiq küçələri arası)

3. Nazim Hikmət küçəsi (A.M.Şərifzadə küçəsindən H.Zərdabi - Mətbuat prospektləri arası)

4. Sənan Abdullayev küçəsi ("Baksol" yolu).

Mövzular:
küçə təmir yol AAYDA

Digər Xəbərlər