Reklam resmi
Reklam resmi

Aktyor parodiya etdiyi autizmli uşağı ZİYARƏT ETDİ

Aktyor parodiya etdiyi autizmli uşağı ZİYARƏT ETDİ
Cəmiyyət
350

Aktyor İlkin Misgərli parodiya etdiyi üçün tənqid olunan autizmli uşağı evində ziyarət edib.

Ajans.az xəbər verir ki, aktyor İlkin Misgərli anlaşılmazlıq yaşandığını və Nurayın müalicəsi üçün kampaniya başlatdığını bildirib. 

"Dostlar, bu neçə gündür mən dəfələrlə izah etməyə çalışıram ki, əslində burada anlaşılmazlıq olub. Bu, bilərəkdən edilməyib. Bu gün Nuray balamızın yanına gəlmişəm. Onu öpürəm, bağrıma basıram. Mənim Nurayla nə problemim ola bilər ki, onu o formada çəkim və paylaşım?

Bunu edən adam insafsız olar. Bizim də nəslimizdə belə balalarımız var. Allah onların hamısına kömək olsun. Mən bu gün Nuraya dəstək olmaq üçün gəlmişəm. Sizdən də xahiş edirəm ki, Nuraya dəstək olasınız. Buraya gələndə öyrəndim ki, Nurayın belində də problem var və əməliyyata ehtiyacı var. Maddi imkanları çatmadığı üçün uzun müddətdir çətinlik yaşayır. Gəlin birləşək və Nuray balamıza dəstək olaq. O anlaşılmazlığı da aradan qaldıraq. Yenə deyirəm, mənim Nurayla heç bir problemim ola bilməz" - o bildirib.

Mövzular:
Aktyor İlkin Misgərli parodiya tənqid autizm

Digər Xəbərlər