Türkiyə və Livan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da İstanbulda Livanın Baş naziri Nəvaf Salamı qəbul edəcək.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Səfər zamanı Türkiyə ilə Livan arasındakı ikitərəfli münasibətlər müzakirə ediləcək, Livanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin yenidən ifadə olunması nəzərdə tutulur", - paylaşımda bildirilir.
Mövzular: