Reklam resmi
Reklam resmi

Bu ölkədə elektrik sistem ÇÖKDÜ

Bu ölkədə elektrik sistem ÇÖKDÜ
Dünya

Kubada milli elektrik sisteminin tamamilə sıradan çıxması nəticəsində ölkənin böyük hissəsində elektrik enerjisinin verilişi dayanıb.

Ajans.az xəbər verir ki, bu barədə Kuba Elektrik Birliyi rəsmi sosial media hesabında məlumat yayıb.

Qurumun açıqlamasına görə, milli elektrik sisteminin çökməsinin səbəbləri araşdırılır. Mütəxəssislər enerjinin mərhələli şəkildə bərpası istiqamətində iş aparırlar.

Kuba Elektrik Birliyi hadisə ilə bağlı araşdırmanın davam etdiyini və yeni məlumatların ictimaiyyətlə paylaşılacağını bildirib.

Hələlik elektrik sisteminin nə vaxt tam bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kuba elektrik sistem

Digər Xəbərlər