Reklam resmi
Reklam resmi

Nyu-York İFLİC OLDU 

Nyu-York İFLİC OLDU 
Dünya

ABŞ-nin Nyu-York şəhərində yağan güclü yağışlar nəticəsində bir sıra ərazilər su altında qalıb. Daşqınlardan ən çox Bruklin və Kvins rayonları zərər görüb.

Ajans.az xsəbər verir ki, bu barədə NBC New York telekanalı məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətinə də ciddi təsir göstərib. Şəhərin hava limanlarında yüzlərlə aviareys təxirə salınıb və ya ləğv edilib.

Bundan əvvəl Nyu-York meri Zöhran Mamdani sakinlərə müraciət edərək, güclü yağışlar və mümkün daşqınlarla bağlı xəbərdarlıq edib. O, şəhər sakinlərini ehtiyatlı olmağa, zərurət olmadıqca yola çıxmamağa çağırıb.

Hazırda şəhərdə fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Nyu-York

Digər Xəbərlər