Reklam resmi
Reklam resmi

Tramp niyə Ankaraya gedib? Diqqətçəkən İDDİA

Tramp niyə Ankaraya gedib? Diqqətçəkən İDDİA
Dünya

ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitində iştirakı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərilən hörmətlə əlaqələndirilir.

Ajans.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp daha əvvəl Ərdoğanı dostu adlandırıb. CNN-in iddiasına əsasən, ABŞ prezidentinə və komandasına sammitdə iştirakdan imtina etməyin Türkiyə liderinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcəyi bildirilib. Bu amilin Trampın Ankaraya səfər qərarında mühüm rol oynadığı qeyd edilir.

Bununla yanaşı, mənbələrin sözlərinə görə, Tramp əvvəlcə NATO müttəfiqləri ilə görüşə skeptik yanaşıb. O, bəzi müttəfiq ölkələrin İranla bağlı gərginlik fonunda ABŞ-a kifayət qədər dəstək vermədiyini düşündüyü üçün narazı olub.

CNN-in məlumatında qeyd olunur ki, Trampın əhval-ruhiyyəsi nəzərə alınaraq, sammitin necə keçəcəyi ilə bağlı Vaşinqtonda müəyyən tərəddüdlər mövcuddur.

ABŞ prezidentinin çərşənbə axşamı səhər Ankaraya gələcəyi gözlənilir. Türkiyə tərəfi onun qarşılanması üçün yüksək səviyyəli rəsmi mərasim hazırlayıb. Yerli müşahidəçilərin fikrincə, Ərdoğan və Tramp görüşdən sonra birgə mətbuat konfransı keçirə bilərlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp Türkiyə

Digər Xəbərlər