Reklam resmi
Reklam resmi

Bu ölkədə ATIŞMA: Uşaq da daxil olmaqla dörd nəfər HƏLAK OLUB

Bu ölkədə ATIŞMA: Uşaq da daxil olmaqla dörd nəfər HƏLAK OLUB
Dünya

ABŞ-nin Ohayo ştatının Rittman şəhərində baş verən silahlı insident nəticəsində bir uşaq da daxil olmaqla dörd nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, polis yaşayış evində baş verən atışma ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə yollanıb. Əməliyyat zamanı şübhəli şəxslə polis əməkdaşları arasında atışma baş verib.

Atışma nəticəsində bir polis əməkdaşı həlak olub, daha dörd nəfər isə yaralanıb. Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilərək öldürülüb.

Daha sonra yaşayış evində 13 yaşlı uşaq da daxil olmaqla daha iki nəfərin meyiti aşkarlanıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları insidentin motivini müəyyənləşdirmək üçün istintaq aparır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ atışma

Digər Xəbərlər