Avtomobildən minib-düşərkən diqqətli olun -Cərimə olunacaqsınız
Azərbaycanın İnzibati Xətalar Məcəlləsində təkcə sürücülər deyil, sərnişinlər tərəfindən yol verilən bəzi qayda pozuntularına görə də inzibati məsuliyyət müəyyən edilib.
Ajans.az xəbər verir ki, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə tətbiq edilir.
Eyni zamanda, nəqliyyat vasitəsində hərəkət zamanı təhlükəsizlik kəmərinin bağlanılmaması da eyni məbləğdə inzibati məsuliyyət yaradır.
Bundan başqa, motosiklet, moped və digər iki təkərli nəqliyyat vasitələrində motodəbilqədən istifadə edilməməsinə görə də 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Qanunvericilik sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə motodəbilqədən istifadəyə dair tələbləri məcburi hesab edir.
Həmçinin sərnişinin sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmasına görə də 30 manat məbləğində cərimə tətbiq edilir.
Bu tələb sürücünün diqqətinin yayınmasının qarşısının alınmasına və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.