XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşıb
Gəncə Dövlət Filarmoniyasında XV Beynəlxalq İpək Yolu Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Konsert proqramında Dövlət Filarmoniyasının solistləri, Rəqs Ansamblı, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq rəqsləri ansamblı, eləcə də Qırğızıstanın “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı ,Qaqauz mügənnisi Natali Deniz çıxış ediblər.
Ajans.az xəbər verir ki, gecədə Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərdən ibarət rəngarəng proqram Estrada ansamblı(bədii rəhbəri Şəhriyar Tağıyev) rəqs kollektivi (baletmeysteri Sənan Cavadov) iştirakı ilə təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Genel sədr müavini Sait Yusuf tərəfindən festival iştirakçılarına və Gəncə Icra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
Mövzular: