Reklam resmi
Reklam resmi

İlon Maskın ad günü şəkilləri niyə qalmaqala çevrildi?

İlon Maskın ad günü şəkilləri niyə qalmaqala çevrildi?
Dünya

Elon Musk ötən həftə 55 yaşını qeyd edib. Milyarderin ad günü ilə bağlı yayılan fotolar isə sosial şəbəkələrdə süni intellektdən istifadə edilib-edilməməsi ilə bağlı geniş müzakirələrə səbəb olub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bayram tədbirində Maskın anası Maye Musk, eləcə də onun övladlarının anası və Neuralink şirkətinin top-meneceri Shivon Zilis iştirak edib.

Bayram süfrəsinin əsas diqqət çəkən hissəsi iki tematik tort olub. Onlardan biri SpaceX-in Starship raketi formasında hazırlanıb və mühərriklərin işə salınmasını xatırladan şamlarla bəzədilib. Digər tort isə Maskın gələcəkdə Ayda qurmağı planlaşdırdığı bazanı əks etdirən, Lego astronavtları ilə hazırlanmış kompozisiyadan ibarət olub.

Maye Musk oğlunu X sosial şəbəkəsində təbrik edərək bunları yazıb: "Ad günün mübarək, əziz oğlum! Səni ailə və dostlarla birlikdə qeyd etmək çox gözəldir. Tortun raket və Ay bazası formasındadır."

Lakin diqqətli istifadəçilər paylaşılan fotolarda süni intellektdən istifadə edildiyini iddia ediblər. Onların fikrincə, arxa fondakı bayram pankartı və şarlar AI ilə yaradılmış və ya redaktə edilmiş görüntülərə xas xüsusiyyətlər daşıyır.

Futurism nəşrinin məlumatına görə, iyunun 28-də Maye Muskın hesabında iki foto yayımlanıb. İstifadəçilərin diqqətini isə şəkillərdən birində qısa müddət görünən və sonradan yoxa çıxan "Made with AI" etiketi cəlb edib.

Bundan sonra sosial şəbəkələrdə fotoların tamamilə süni intellekt vasitəsilə yaradıldığı, yoxsa real şəkillərin AI alətləri ilə redaktə edildiyi barədə geniş müzakirələr başlayıb. Hazırda bununla bağlı rəsmi açıqlama verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İlon Mask ABŞ

Digər Xəbərlər