Reklam resmi
Reklam resmi

AZAL bu uçuşları təxirə salmağı nəzərdə tutur

AZAL bu uçuşları təxirə salmağı nəzərdə tutur
Cəmiyyət

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.

Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Hava Yollarından məlumat verilib.

Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

Mövzular:
AZAL uçuşlar Naxçıvan

Digər Xəbərlər