Ermənistanda bu partiyanın liderin evində axtarış aparılır
Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılır.
Ajans.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi İveta Tonoyan özünün Facebook hesabında məlumat yayıb.
Tonoyan paylaşımında hazırda Tsarukyanın evində axtarış tədbirlərinin davam etdiyini bildirib.
Daha əvvəl Ermənistan Baş Prokurorluğunun Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdiyini, lakin həmin müraciətə indiyədək baxılmadığını yazmışdı.
Mövzular: