Bu ölkənin şəhər meri mübahisədən sonra ÖLDÜ
Fransanın şimal-qərbində yerləşən Lokmariya kommunasının meri Dominik Russelot Port du Paledə əyləncə qayığının sahibi ilə yaşadığı mübahisədən sonra vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, jandarmlar meri körpüdə ürəyi dayanmış vəziyyətdə aşkarlayıblar.
Bildirilir ki, hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb. İlkin araşdırmalar zamanı merin bədənində zorakılıq və ya döyülmə izləri aşkar edilməyib. Hadisənin dəqiq başvermə şəraiti və ölümün səbəbi istintaq çərçivəsində araşdırılır.
Hadisədən sonra həmkarları və şəhər sakinləri Dominik Russelotun ailəsinə başsağlığı verərək, onun kommunanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Mövzular: