Azərbaycanlı gənc Polşada göldə boğuldu
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib.
Ajans.az 24Nyus.ge xəbər portalına istinadən xəbər verir ki, gənc göldə çimərkən boğularaq ölüb.
Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı.
Qeyd edək k, bundan öncə Gürcüstandan olan daha bir azərbaycanlı gənc Polşada göldə boğularaq ölmüşdü.
Mövzular: