Türkiyədə meşə yanğını başlayıb
Türkiyədə meşə yanğını başlayıb.
Ajans.az xəbər verir ki, bununla bağlı “Hürriyet” məlumat yayıb. Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır.
Yanğına havadan və qurudan müdaxilə edilir.
Mövzular: