"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçisini açıqlayıb.
Ajans.az xəbər verir ki, komandanı Ange Postekoqlu çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avstraliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
60 yaşlı məşqçi son olaraq İngiltərədə “Tottenhem”i çalışdırıb və daha sonra “Nottingem Forest”də qısa müddət fəaliyyət göstərib.
Mövzular: