Reklam resmi
Reklam resmi

Rusiya bu ölkəyə hücum edə bilər

Rusiya bu ölkəyə hücum edə bilər
Dünya

ABŞ Varşavanı Rusiyanın NATO üzvü ölkələrin qətiyyətini yoxlamaq məqsədilə Polşa ərazisində silahlı təxribat törədə biləcəyi barədə xəbərdar edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki,Rusiya Polşanın kritik infrastruktur obyektlərini raket və ya dronlarla hədəfə ala bilər. Həmçinin rusiyalı hərbçilərin Polşa sərhədini keçərək ölkə ərazisinə daxil olması ehtimalı da istisna edilmir.

Mənbələrin məlumatına görə, Moskvanın məqsədi gərginliyi artırmaq və Qərb ölkələrini Ukraynaya hərbi yardımı dayandırmağa məcbur etməkdir. Nəşrin həmsöhbətlərinin qiymətləndirməsinə əsasən, belə bir ssenari yaxın aylarda həyata keçirilə bilər.

Polşanın “Onet” nəşri Prezident Karol Navrotskiyə yaxın mənbələrə istinadla yazıb ki, Vaşinqton Varşavanı dəfələrlə belə bir əməliyyatın mümkünlüyü barədə xəbərdar edib.

Polşa təhlükəsizlik strukturlarındakı mənbələr daha ənənəvi ssenarini də mümkün hesab edirlər. Bu ssenari Rusiyanın kiçik hərbi qrupunun NATO-nun şərq sərhədini keçərək Polşa ərazisinə məhdud miqyaslı müdaxiləsini nəzərdə tutur. “Onet”in məlumatına görə, mümkün təxribat ssenarilərinə dronlarla elektrik stansiyaları da daxil olmaqla, kritik infrastrukturun vurulması və ya Polşanı hava hücumundan müdafiə sistemlərini işə salmağa məcbur edəcək saxta hava hücumlarının təşkil edilməsi daxildir.

Mümkün quru əməliyyatının həm Rusiyanın nüvə silahı yerləşdirdiyi Kalininqrad vilayətindən, həm də Belarus ərazisindən həyata keçirilə biləcəyi iddia olunur. 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Polşa müharibə

Digər Xəbərlər