“Kristal”dan yeni beynəlxalq əməkdaşlıq: “Florim” ilə memorandum imzalandı
“Kristal” İtaliyanın aparıcı premium keramika və keramoqranit istehsalçısı “Florim” ilə əməkdaşlıq memorandumu imzaladı. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Florim” şirkətinin İcraçı direktoru Beatrice Lucchese tərəfindən imzalanıb.
Ajans.az xəbər verir ki, Əməkdaşlıq çərçivəsində tərəflər arasında “Kristal”ın layihələrində istifadə olunacaq premium keramika və keramoqranit məhsullarının tədarükünü əhatə edən razılaşma əldə edilib. “Florim” məhsulları mənzillərin döşəmə və divar üzlüklərində tətbiq olunacaq, bu isə layihələrdə keyfiyyət, estetik görünüş və davamlılıq standartlarının daha da yüksəldilməsinə töhfə verəcək.
Sözügedən əməkdaşlıq tikinti
materiallarının təchizatında uzunmüddətli və sistemli yanaşmanın
formalaşdırılmasına, eyni zamanda beynəlxalq keyfiyyət standartlarına cavab verən
məhsulların yerli layihələrdə daha geniş tətbiqinə imkan yaradacaq.
1962-ci ildə İtaliyada təsis olunan “Florim” premium keramika və keramoqranit məhsullarının istehsalı üzrə ixtisaslaşmış, dünya miqyasında tanınan istehsalçılardan biridir. Şirkət innovativ texnologiyaları, yüksək keyfiyyət standartları, davamlı istehsal prinsipləri və müasir dizayn həlləri ilə seçilir. “Florim” məhsulları dünyanın müxtəlif ölkələrində yaşayış, kommersiya və ictimai məkan layihələrində geniş istifadə olunur.

İmzalanmış memorandum “Kristal” və
“Florim” arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur və “Kristal”ın həyata
keçirdiyi layihələrdə beynəlxalq səviyyədə tanınan istehsalçının məhsullarının
tətbiqini nəzərdə tutur.