Reklam resmi
Reklam resmi

Ermənistanda xaricdə yaşayan vətəndaşların seçki hüququ məhdudlaşdırıldı

Ermənistanda xaricdə yaşayan vətəndaşların seçki hüququ məhdudlaşdırıldı
Dünya

Ermənistan Milli Məclisi xaricdə yaşayan vətəndaşların parlament seçkilərində iştirakını məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Ajans.az xəbər verir ki, parlamentin iclası YouTube platformasında canlı yayımlanıb.

Qanun layihəsini təqdim edən deputat Alxas Qazaryanın sözlərinə görə, yeni qaydalara əsasən, parlament seçkilərində yalnız seçki gününədək son 730 gün ərzində azı 366 gün Ermənistanda yaşamış vətəndaşlar səsvermə hüququna malik olacaqlar. Növbədənkənar seçkilər və referendumlar zamanı isə bu müddət seçki gününə 28 gün qalmış hesablanacaq.

Qanun layihəsinin müəllifləri bu dəyişikliyi xaricdə yaşayan vətəndaşların ölkənin daxili ictimai-siyasi prosesləri ilə kifayət qədər tanış olmamaları ilə əsaslandırıblar. Layihə Baş nazirin rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının deputatları tərəfindən hazırlanıb.

Müxalifət isə qanun dəyişikliyinə etiraz edərək bildirib ki, hakimiyyət bu yolla referendumlarda iştirak edə biləcək seçicilərin sayını azaltmağa çalışır. Onların fikrincə, bu addım gələcəkdə Konstitusiyaya dəyişikliklərin qəbulunu asanlaşdıra bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Ermənistan Milli Məclisi

Digər Xəbərlər