Cevdet Yılmaz Məsud Pezeşkianla görüşdü
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Cevdet Yılmaz sosial media
hesabında paylaşım edib.C. Yılmaz qeyd edib ki, Türkiyə İran xalqının son dövrdə
yaşadığı ağrıları səmimi qəlbdən bölüşür:
"Ankara regionda sülh və sabitliyin möhkəmləndirilməsi,
dialoq kanallarının gücləndirilməsi və müharibədən sonrakı normallaşma prosesinə
dəstək göstərilməsi istiqamətində səylərini davam etdirəcək. İranla
iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın
daha da genişləndirilməsi üçün birgə fəaliyyət davam etdiriləcək".
Qeyd edək ki, Cevdet Yılmaz Tehrana İranın ali rəhbəri
Əli Xameneinin vida mərasimində iştirak etmək üçün səfər edib.