Reklam resmi
Reklam resmi

Britaniyada Maşa və Ayı-nı QADAĞAN EDƏCƏKLƏR

Britaniyada Maşa və Ayı-nı QADAĞAN EDƏCƏKLƏR
Dünya

Böyük Britaniyada altı siyasi partiyanı təmsil edən 50 deputat Rusiyanın "Maşa və Ayı" cizgi serialının NetflixITVX platformalarından çıxarılmasını tələb edib.

Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, deputatlar Böyük Britaniyanın mədəniyyət katibi Liza Nandiyə ünvanladıqları açıq məktubda cizgi serialında Rusiya təbliğatının elementlərinin yer aldığını iddia ediblər.

Onların etirazına səbəb Maşa obrazının bəzi epizodlarda NKVD formasını xatırladan qırmızı ulduzlu baş geyimi, eləcə də tankçı dəbilqəsi ilə təsvir olunması olub. Məktub müəlliflərinin fikrincə, bu cür səhnələr uşaqlar arasında "Sovet hərbi estetikasını normallaşdıra" bilər.

Deputatlar, həmçinin bir sıra Avropa siyasətçilərinin, o cümlədən Estoniyanın xarici işlər nazirinin daha əvvəl səsləndirdiyi tənqidləri xatırladıblar. Həmin açıqlamalarda "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətlərindən biri kimi qiymətləndirilmişdi.

Müraciətdə qeyd olunur ki, Britaniya valideynləri lisenziyalı yayım platformalarında təqdim olunan uşaq məzmununun hərtərəfli yoxlanılmasını tələb etmək hüququna malikdirlər.

Öz növbəsində, Animaccord Studio ittihamları rədd edib. Şirkət bildirib ki, 2025-ci ildən etibarən Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb və cizgi serialının istehsalı üçün heç vaxt dövlət maliyyəsi almayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya Maşa və Ayı

Digər Xəbərlər