Tramp Maskla fikir ayrılığını etiraf etdi, amma onu təriflədi
ABŞ Prezidenti Donald Tramp bildirib ki, SpaceX və Tesla şirkətlərinin rəhbəri İlon Maskın sərvətinin 1 trilyon dolları ötməsi münasibətilə ona təbrik məktubu göndərib.
Ajans.az xəbər verir ki, bu barədə CNBC-ə müsahibəsində bildirib.
"Mən ona məktub yazdım və dedim: "Təbrik edirəm, çox yaxşı"", – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Maskla münasibətləri hələ də çox yaxşıdır.
Bununla yanaşı, Tramp qeyd edib ki, administrasiyasının ABŞ-də elektrik avtomobillərinin istifadəsini məcburi edən siyasətdən imtina etməsi onların arasında müəyyən fikir ayrılığı yaradıb.
"Elon bundan məmnun deyil və mən bunu başa düşürəm. Amma o, işlərini uğurla davam etdirir", – deyə Tramp vurğulayıb.
Mövzular: