Reklam resmi
Reklam resmi

Medvedev Xameneyinin dəfn mərasimində Rusiyanı təmsil edəcək

Medvedev Xameneyinin dəfn mərasimində Rusiyanı təmsil edəcək
Dünya

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev mərhum İranın Ali Lideri Əli Xameneinin dəfn mərasimində Rusiyanı təmsil edəcək.

Ajans.az xəbər verir ki, bu barədə iyulun 2-də Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Jurnalistlərin Medvedevin dəfn mərasimində Rusiyanı təmsil edəcəyi ilə bağlı sualını cavablandıran Peskov bildirib:

"Bəli, həqiqətən də belədir. Dmitri Anatolyeviç mərasimdə iştirak edəcək."

Rəsmi məlumata görə, Əli Xamenei ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olub. Onun ölümü bu il martın 1-də İranda rəsmi şəkildə elan edilib.

Dəfn mərasimi iyulun 4-dən 9-dək davam edəcək. Vida mərasimləri iyulun 4–6-da Tehranda keçiriləcək. İyulun 7-də mərasim Qumda, iyulun 8-də isə İraqın Nəcəf və Kərbəla şəhərlərində təşkil olunacaq. Dəfn mərasimi iyulun 9-da Məşhəddə baş tutacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Dmitri Medvedev İran Əli Xamenei

Digər Xəbərlər