BMT-nin Azərbaycandakı yeni nümayəndəsi vəzifəyə başladı
BMT-nin Baş katibi Antonio Quterreş Dmitri Şlapaçenkonu təşkilatın Azərbaycandakı yeni rezident əlaqələndiricisi təyin edib.
Ajans.az xəbər verir ki, BMT-nin məlumatına görə, Dmitri Şlapaçenko artıq vəzifəsinin icrasına başlayıb. O, diplomatiya, beynəlxalq əməkdaşlıq və inkişaf sahəsində 28 illik təcrübəyə malikdir. Son olaraq BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi vəzifəsində çalışıb.
Qeyd edək ki, rezident əlaqələndirici BMT-nin ölkə üzrə ən yüksək vəzifəli nümayəndəsi hesab olunur və təşkilatın Azərbaycandakı fəaliyyətini əlaqələndirir.
Mövzular: