Bu ölkədə xəstəxanada güclü yanğın: ÖLƏNLƏR VAR
Almaniyanın şimalında yerləşən Meklenburq-Ön Pomeraniya federal əyalətinin Lüdviqslust şəhərində yerləşən xəstəxanada baş verən yanğın nəticəsində azı iki nəfər həlak olub, 34 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ajans.az DPA agentliyinə istinadən xəbər verir ki, həyatını itirən şəxslər xəstəxananın pasiyentləri olub.
Hadisədən sonra xəstəxananın əməkdaşları və pasiyentlərinin təxliyəsi həyata keçirilib. İlkin məlumata əsasən, yanğın naməlum səbəbdən palatalardan birində başlayıb, daha sonra alov binanın dam örtüyünə keçib.
Hazırda yanğının başvermə səbəbi araşdırılır.
Mövzular: