Reklam resmi
Reklam resmi

İsveçdəki Rusiya səfirliyinə dronlarla hücum edilib

İsveçdəki Rusiya səfirliyinə dronlarla hücum edilib
Dünya

İsveçdə yerləşən Rusiya səfirliyinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi bildirilir. Rusiya diplomatik nümayəndəliyinin məlumatına görə, dronlardan biri səfirliyin ərazisinə qırmızı boya qabı atıb, digəri isə binanın yaxınlığında qəzaya uğrayıb.

Ajans.az xəbər verir ki, səfirliyin yaydığı bəyanatda qeyd olunub ki, dronlardan birinin saxta partlayıcı qurğu daşıdığı müəyyən edilib.

"Bu, sadəcə təxribat deyil, həm də diplomatik nümayəndəliyin əməkdaşlarını qorxutmağa yönəlmiş açıq cəhddir", – deyə bəyanatda bildirilir.

Məlumata görə, hadisə iyulun 2-nə keçən gecə baş verib.

Hadisə ilə bağlı İsveç hüquq-mühafizə orqanlarının araşdırma apardığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsveç Rusiya

Digər Xəbərlər