Venesuelada zəlzələlərdən sonra səmanın rəngi dəyişdi
Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra ölkənin bir sıra bölgələrində səma qeyri-adi şəkildə qırmızı rəng alıb.
Ajans.az xəbər verir ki, bu barədə VTV telekanalı məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, bu hadisə Rayleigh səpələnməsi adlanan optik-meteoroloji fenomenlə bağlıdır. Güclü yeraltı təkanlardan sonra atmosferə böyük həcmdə toz, qum və digər mikroskopik hissəciklər qalxıb. Nəticədə qısa dalğalı işıq daha çox səpələnib, uzun dalğalı qırmızı və narıncı işıq isə üstünlük təşkil edib.
İyunun 25-nə keçən gecə Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində yüzlərlə ev dağılıb, xəstəxanalar və digər infrastruktur obyektləri zədələnib, ölkənin əsas hava limanının fəaliyyəti dayandırılıb.
Son rəsmi məlumata görə, zəlzələlər nəticəsində azı 1943 nəfər həlak olub, minlərlə insan isə xəsarət alıb.
BMT-nin hesablamalarına əsasən, təbii fəlakət Venesuelaya milyardlarla dollar məbləğində iqtisadi ziyan vurub.