Nazirlikdən AÇIQLAMA: “Alov” zavodunda partlayış baş verməyib
Hadisə
Ajans.az APA-ya istinadən xəbər verir ki, partlayış fərqli ərazidə olub.
Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partlayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” zavodunda hər hansı partlayış, yanğın baş verməyib.