Şahbaz Şərifdən Laçın səfəri ilə bağlı AÇIQLAMA
Pakistanın Baş naziri Şahbaz Şərif yazır ki, Laçında əziz qardaşım İlham Əliyevlə görüşməkdən şərəf duydum.
Ajans.az xəbər verir ki, bununla bağlı Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında yazıb.
Paylaşımda bildirilir: " Mən bu gün gözəl və sakit Laçın şəhərində əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsi zamanı Azərbaycanın Pakistana verdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim. Biz Pakistan-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə daha da dərinləşdirilməsi və regional sülh və rifah naminə birgə əməkdaşlığımızın davam etdirilməsi barədə ortaq qətiyyətimizi bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!".
Mövzular: