UEFA İnfantinonu həddini aşmaqda ittiham edib
UEFA FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarındakı payların özəl investorlara satılması planı ilə bağlı bəyanat yayıb.
Ajans.az xəbər verir ki, UEFA Canni İnfantinonu səlahiyyət həddini aşmaqda ittiham edib.
Daha əvvəl "The Times" qəzeti yazmışdı ki, bu məsələ ilə bağlı danışıqlar ABŞ Prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparılıb. Məlumata görə, İnfantino yaradılması planlaşdırılan yeni şirkətin komissarı ola və bu sxem vasitəsilə on milyonlarla funt sterlinq gəlir əldə edə bilər.
Mövzular: