Reklam resmi
Reklam resmi

Reşford "Barselona" ilə vidalaşdı  

Reşford \"Barselona\" ilə vidalaşdı  
İdman

Hücumçu Markus Reşford sosial şəbəkələrdə yeni paylaşım edib. O, "Barselona" ilə vidalaşıb.

Ajans.az xəbər verir ki, ingilis futbolçu Kataloniya klubunda icarə əsasında çıxış edirdi. İcarə müddəti başa çatdıqdan sonra Reşford "Mançester Yunayted"ə qayıdır.

"Burada keçirdiyim vaxtın mənim üçün belə müsbət və unudulmaz təcrübəyə çevrilməsinə görə klubdakı hər kəsə çox minnətdaram. Mən hər andan zövq aldım və özümlə bir çox gözəl xatirələr aparıram. Kluba və onun bütün azarkeşlərinə gələcək mövsümdə uğurlar və böyük nailiyyətlər arzulayıram", - deyə Reşford üzərində soyadı yazılmış "Barselona" formasının fotosunu paylaşaraq bildirib.

Mövzular:
Markus Reşford sosial şəbəkə Hücumçu Barselona

Digər Xəbərlər