Reklam resmi
Reklam resmi

Dünyada ilk: Bu ölkədə hakimlərə süni intellekt kömək edəcək

Dünyada ilk: Bu ölkədə hakimlərə süni intellekt kömək edəcək
Dünya

BƏƏ-nin Əbu-Dabi Məhkəmə Departamenti məhkəmə və hüquqi qərarların qəbuluna dəstək verəcək dünyanın ilk süni intellekt (Sİ) platformasının tətbiq ediləcəyini açıqlayıb. 

Ajans.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sistem insan nəzarəti altında fəaliyyət göstərəcək və məhkəmə proseslərində prosedurların səmərəliliyini, eləcə də qərarların hazırlanmasının dəqiqliyini artırmağa kömək edəcək.

Platformanın ilkin istifadəyə verilməsi bu ilin sentyabr ayına planlaşdırılır. Layihənin tam tətbiqinin isə mərhələli şəkildə 18 ay ərzində həyata keçirilməsi nəzərdə tutulur.

BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini və Prezident Administrasiyasının rəhbəri Şeyx Mənsur bin Zayed Əl Nəhyan bildirib ki, bu platformanın istifadəyə verilməsi ölkənin məhkəmə sisteminin rəqəmsal transformasiyasında mühüm addımdır.

Onun sözlərinə görə, bu təşəbbüs göstərir ki, "innovasiya daha effektiv və daha sürətli ədalət mühakiməsinə aparan yoldur."

author picture
Leyla Bayandurlu
Mövzular:
süni intellekt BƏƏ

Digər Xəbərlər