Reklam resmi
Reklam resmi

Məşhur körpə tozunda xərçəng aşkarlandı

Məşhur körpə tozunda xərçəng aşkarlandı
Dünya

ABŞ-nin Johnson & Johnson şirkəti talk əsaslı körpə tozu ilə bağlı on minlərlə məhkəmə iddiasını həll etmək üçün razılığa gəlib. 

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, razılaşmanın dəyəri təxminən 5,5 milyard dollar təşkil edəcək.

Bildirilib ki, razılaşma ABŞ-da şirkətə qarşı qaldırılmış təxminən 69 min iddianı əhatə edir ki, bu da talk əsaslı məhsullarla bağlı məhkəmə işlərinin təxminən 99,75 faizini təşkil edir. Razılaşmanın qüvvəyə minməsi üçün iddiaçıların azı 95 faizinin onu dəstəkləməsi tələb olunur.

İddiaların böyük hissəsində bildirilir ki, talk əsaslı körpə tozundan uzunmüddətli istifadə, xüsusilə də yumurtalıq xərçəngi riskini artırır. Johnson & Johnson isə bu ittihamları rədd edərək, mövcud elmi sübutların talk istifadəsi ilə xərçəng arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləmədiyini bəyan edib.

2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) talkı "insanlar üçün ehtimal olunan kanserogen" kimi təsnif edib.

Məhkəmə çəkişmələri fonunda Johnson & Johnson 2020-ci ildə ABŞ-da talk əsaslı körpə tozunun satışını dayandırıb, 2023-cü ildə isə bu məhsulun satışını bütün dünya üzrə tamamilə dayandırıb.

Qeyd olunub ki, əldə edilən razılaşma yalnız ABŞ-dakı məhkəmə iddialarına aiddir. Böyük Britaniya da daxil olmaqla digər ölkələrdə şirkətə qarşı davam edən oxşar məhkəmə prosesləri bu razılaşmanın əhatə dairəsinə daxil deyil.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Johnson & Johnson

Digər Xəbərlər