Rusiyadan HÜCUM: Ammonyak boru kəməri zədələndi
Rusiyanın Dneprə (Ukrayna) səhər saatlarında endirdiyi zərbə nəticəsində müəssisələrin birində ammonyak boru kəməri zədələnib.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Dnepropetrovsk vilayəti üzrə Baş İdarəsi "Telegram" kanalında məlumat yayıb.
"Dövlət Xidmətinin bölmələri qəzanın nəticələrini operativ şəkildə aradan qaldırıb. Ammonyak sızması dayandırılıb. Əhali üçün təhlükə yoxdur. Havada ammonyak konsentrasiyasına nəzarət olunur", – məlumatda bildirilir.
Daha əvvəl yerli media səhər saatlarında Rusiyanın zərbələrindən sonra Dneprin bəzi rayonlarında güclü ammonyak qoxusunun hiss olunduğunu xəbər vermişdi.
Mövzular: