SEPAH Hörmüzdə neft tankerlərini ələ keçirib
Bu gün İslam İnqilabnın Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda Hörmüz boğazından keçməyə çalışan iki neft tankerini saxladığını bildirib.
Ajans.az xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, tankerlər boğazın cənub marşrutu ilə hərəkət edərkən baş verən partlayışlar nəticəsində göyərtələrində genişmiqyaslı yanğın yaranıb və bundan sonra onlar saxlanılıb.
Bəyanatda iddia olunub ki, ABŞ-nin bölgədəki hərbi əməliyyatları davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq.
Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) da həmin gün Hörmüz boğazında başqa bir neft tankerinin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. Məlumata görə, insidentdən sonra ekipaj gəmini tərk edərək xilasetmə qayığına sığınıb