Reklam resmi
Reklam resmi

Pelenin əfsanəvi forması rekord məbləğə satıldı

Pelenin əfsanəvi forması rekord məbləğə satıldı
Dünya

Braziliya futbolunun əfsanəsi Pelenin 1958-ci il Dünya Kubokunun finalında geyindiyi forma hərracda 4,9 milyon ABŞ dollarına satılıb.

Ajans.az xəbər verir ki, Futbol Kralı ilə əlaqəli indiyədək satılan ən bahalı idman xatirə əşyasıdır.

Söhbət 17 yaşlı Pelenin İsveçin paytaxtı Stokholmda keçirilən final oyununda geyindiyi mavi, 10 nömrəli formadan gedir. Həmin görüşdə Braziliya ev sahibi İsveçi 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu olub. Pele isə finalda iki qol vuraraq komandasının qələbəsində həlledici rol oynayıb.

Hərrac zamanı forma uğrunda beş iştirakçı mübarizə aparıb və ümumilikdə 10 təklif verilib.

Bu satış futbol tarixində hərraca çıxarılan formalar arasında ikinci ən yüksək qiymət kimi qeydə alınıb. Rekord isə Argentina əfsanəsi Dieqo Maradonaya məxsusdur. Onun 1986-cı il Dünya Kubokunda İngiltərəyə qarşı oyunda, məşhur "Tanrının əli" qolunu vurduğu matçda geyindiyi forma 2022-ci ildə 9,3 milyon ABŞ dollarına satılıb.

2022-ci ildə 82 yaşında vəfat edən Pele 1958-ci il Dünya Kubokunun finalında vurduğu iki qolla turnirin tarixinə düşüb və bu günə qədər Dünya Kuboku finalında qol vuran ən gənc futbolçu olaraq qalır.

Qeyd edək ki, eyni forma daha əvvəl də hərraca çıxarılıb. 2004-cü ildə o, 70 505 funt sterlinqə (o dövrün məzənnəsi ilə təxminən 105 600 ABŞ dolları) satılmışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Pele Braziliya

Digər Xəbərlər