Reklam resmi
Reklam resmi

Dnepropetrovskda 2 nəfər ölüb, 17 nəfər yaralanıb 

Dnepropetrovskda 2 nəfər ölüb, 17 nəfər yaralanıb 
Dünya

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib.

Onun sözlərinə görə, yaralananlar arasında 2 uşaq var.

"Pavloqrada səhər endirilən zərbə nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. 3 nəfər orta ağır vəziyyətdə xəstəxanadadır. Aralarında 1-dən 13 yaşınadək uşaqların da olduğu digər şəxslər ambulator şəraitdə müalicə alacaqlar. Nikopol rayonunda 81 yaşlı qadın yaralanıb. O, ambulator şəraitdə müalicə olunacaq", - A. Qanja qeyd edib.

Mövzular:
Rusiya Rusiya Silahlı Qüvvələri Ukrayna Dnepropetrovsk

Digər Xəbərlər