Reklam resmi
Reklam resmi

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
Kriminal

İyulun 20-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ajans.az-a  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Mövzular:
cinayət saxlanılan kriminal

Digər Xəbərlər