Konqoda Ebolaya yoluxanların sayı 2300-ü keçib
Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı bir gündə 77 artaraq 2344-ə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Konqo Rabitə və Kütləvi İnformasiya Nazirliyi gündəlik bülletenində məlumat verib.
Eboladan ölənlərin sayı 930 nəfərdir. Dünən 37 nəfər ölüb. Ölüm nisbəti 39,7%-dir.Hazırda xəstəxanalarda və təcridxanalarda 724 xəstə var.
Ebola yoluxma hallarının təmasda izlənilməsi nisbəti 85,8%-dir.
Mövzular: