Reklam resmi
Reklam resmi

Qazaxıstanda qəribə insident: Pensionerlər banka HÜCÜM ETDİLƏR

Qazaxıstanda qəribə insident: Pensionerlər banka HÜCÜM ETDİLƏR
Dünya

Qazaxıstanın Pavlodar şəhərində telefon fırıldaqçılarının qurbanı olan iki təqaüdçü bank filialında fişəng partladıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyulun 15-də saat 16:00 radələrində baş verib. Bank filialında fişəngin partlaması nəticəsində iki yaşlı şəxs yüngül xəsarət alıb.

Araşdırma zamanı müəyyən edilib ki, təqaüdçülər əvvəllər saxta investisiya layihələrinə pul yatıraraq telefon fırıldaqçılarının qurbanına çevriliblər. Hüquq-mühafizə orqanları həmin dələduzluq faktı üzrə araşdırma aparır və vəsaitin geri qaytarılması istiqamətində tədbirlər görür.

Polisin məlumatına görə, fırıldaqçılar sonradan yenidən zərərçəkənlərlə əlaqə saxlayaraq, guya itirilmiş pulların geri qaytarılacağı vədi ilə onları aldadıblar. Psixoloji təsir göstərən dələduzlar təqaüdçülərə tort və fişəng almağı tapşırıblar.

Təlimatlara əməl edən təqaüdçülər fişəngi tortun içinə yerləşdirərək bank filialında işə salıblar.

Faktla bağlı bir neçə cinayət işi başlanılıb. Polis hadisənin bütün təfərrüatlarını araşdırır və şübhəlilərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Mövzular:
Qazaxıstan pensiya bank

Digər Xəbərlər