Yeniyetmələr üçün gecələr sosial mediaya məhdudiyyət QOYULACAQ-Bu ölkədə
Böyük Britaniya hökuməti yeniyetmələrin gecə saatlarında sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağı nəzərdə tutan yeni tədbirlər hazırlayır.
Ajans.az xəbər verir ki, bu barədə The Independent qəzeti məlumat yayıb.
Məlumata görə, plan çərçivəsində 16 və 17 yaşlı yeniyetmələr üçün könüllü "gecə rejimi" tətbiq ediləcək. Bu rejimə əsasən, gecə saat 00:00-dan 06:00-dək sosial media tətbiqlərinə giriş avtomatik olaraq məhdudlaşdırılacaq.
Təklif olunan tədbirlərə həmçinin xəbər lentində sonsuz sürüşdürmə (infinite scroll) funksiyasının söndürülməsi, alqoritmik tövsiyələrin deaktiv edilməsi və süni intellekt əsaslı çatbotlardan istifadə zamanı məcburi fasilələrin tətbiqi də daxildir.
Böyük Britaniyanın texnologiyalar naziri Liz Kendall bildirib ki, bu addımlar yeniyetmələrin kifayət qədər yatmasına, təhsilə daha çox diqqət ayırmasına və ailəsi ilə daha çox vaxt keçirməsinə kömək edəcək.
Nazirin sözlərinə görə, hökumətin məqsədi gənclər üçün rəqəmsal mühiti daha təhlükəsiz etmək və müasir texnologiyalardan sağlam şəkildə istifadəni təşviq etməkdir.