Reklam resmi
Reklam resmi

Bu ölkədə güclü yanğın: Çox sayda ÖLƏNLƏR VAR

Bu ölkədə güclü yanğın: Çox sayda ÖLƏNLƏR VAR
Dünya

Taylandın paytaxtı Banqkokda insanların sıx olduğu restoranda baş verən yanğın nəticəsində azı 27 nəfər həlak olub, 71 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Thai PBS telekanalı məlumat yayıb.

Məlumata görə, hazırda itkin düşən 45 nəfərin axtarışları davam etdirilir. Həlak olanların əksəriyyətinin restoranın tualetində qapalı vəziyyətdə aşkar edildiyi bildirilir.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər və xilasedicilər bir neçə nəfəri alovun içindən çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İlkin ehtimala əsasən, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub. Şahidlərin sözlərinə görə, alov başlamazdan əvvəl güclü partlayış səsi eşidilib, daha sonra isə məkan qısa müddətdə tüstü və alova bürünüb.

Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Banqkok Tayland

Digər Xəbərlər