ABŞ-nin raket sistemləri VURULUB
Bu gün İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi bazasına qarşı yeni hücum həyata keçirdiyini açıqlayıb.
Ajans.az xəbər verir ki,bu barədə SEPAH bəyanatda bildirib.
Əməliyyat "ABŞ-yə qarşı növbəti cavab tədbiri" çərçivəsində icra olunub. Qurumun iddiasına görə, hücum zamanı buraxılışa hazır vəziyyətdə olan iki HIMARS raket buraxılış qurğusu məhv edilib. (IRIB News)
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) və ya Küveyt rəsmiləri isə hələlik SEPAH-ın bu iddiasına münasibət bildirməyiblər. Hadisə ilə bağlı məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
Mövzular: