Reklam resmi
Reklam resmi

Qonşu ölkədə 6,7 bal ZƏLZƏLƏ

Qonşu ölkədə 6,7 bal ZƏLZƏLƏ
Dünya

Rusiyanın Buryatiya Respublikasının Tunkin rayonunda 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Buryatiya üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan Moskva vaxtı ilə saat 05:18-də (Bakı vaxtı ilə 06:18-də) baş verib. Zəlzələnin episentri Kiren kəndindən 7,6 kilometr şimal-qərbdə, Arşan kəndindən isə 34 kilometr məsafədə yerləşib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal filialının məlumatına görə, zəlzələnin enerji sinfi 12,9 olub. Yeraltı təkanlar İrkutsk, Anqarsk, Şelexov, Slyudyanka və İrkutsk vilayətinin digər yaşayış məntəqələrində təxminən 3 bal gücündə hiss edilib. Tunkin rayonunda da sakinlər zəif təkanlar hiss etdiklərini bildiriblər.

Hazırda FHN-in operativ qrupları yaşayış binalarında və mühəndis-kommunikasiya infrastrukturunda mümkün ziyanı müəyyənləşdirmək üçün yoxlamalar aparır.

Qeyd edək ki, Tunkin rayonu Monqolustan sərhədindən Yakutiyaya qədər uzanan və Xövsgöl gölünü əhatə edən Baykal rift zonasının tərkib hissəsidir. Bu ərazi yer qabığındakı tektonik proseslər səbəbindən yüksək seysmik aktivliyi ilə seçilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya zəlzələ

Digər Xəbərlər