Reklam resmi
Reklam resmi

Bakıda yaşayış binasında YANĞIN baş verib 

Bakıda yaşayış binasında YANĞIN baş verib 
Hadisə

Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Mövzular:
Bakı yanğın hadisə

Digər Xəbərlər